• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 21.10.2014 10:42

Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilib

Yarışın ilk günündə 2 boksçumuz rinqə çıxıb. 

60 kq çəki dərəcəsində çıxış edən Nurlan Nağıyev ilk görüşdə norveçli Rolf Edvin Olsen üzərinqə qələbə qazanıb -3:0. Boksçumuz 1/8 finalda şotlandiyalı Hay Levislə üz-üzə gələcək. 

75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev isə yarışa uğursuz başlayıb. Həmyerlimiz Ukrayna təmsilçisi Vlasislav Rolenkoya uduzaraq, Avropa birinciliyindən kənarda qalıb. 

Qeyd edək ki, yarışa oktyabrın 25-də yekun vurulacaq.