• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 20.10.2014 20:43

“Rabitə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub

Yeni mövsümə hazırlıqlarını davam etdirən Azərbaycan çempionu qonşu ölkədə 3 matçda nəyə qadir olduğunu nümayiş etdirib.

Səfərə əsas heyət oyunçuları – dünya çempionları Foluke Akinradevo, Tori Dikson, həmçinin Aurea Kruz, Françeska Ferretti və Brenda Kastilyosuz yollanan Bakı təmsilçisi bu qarşılaşmalarda cəmi 1 qələbə qazanıb.

Belə ki, Dejan Brdjoviçin yetirmələri “Vakıfbank”a hər 2 görüşdə uduzublar. Öncə 0:4 hesabı ilə məğlub olan komandamız ardınca yenə rəqiblə bacarmayıb - 1:3.

Buna baxmayaraq, “Rabitə” “Beşiktaş”a gücünü göstərib. Təmsilçimiz “qara qartallar”ı “quru hesab”la məğlub ediblər – 3:0.

Qeyd edək ki, “Rabitə” bu həftədən məşqlərini tam heyətlə edəcək.