• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 02.07.2016 10:12

Çinli qonaq

Vətənimizin gözəlliklərini duyan hər bir xarici ölkə vətəndaşı bu məmləkətə gəlmək, onun ecazkarlığını görmək istəyir. Belə insanlardan biri də Çin Xalq Respublikasının vətəndaşı  Artur Niedir. O, Azərbaycan haqqında məlumat əldə etdikdən sonra bura gəlməyi planlaşdırıb və xüsusi bir təşkilatın xətti ilə “Gələcəyə körpü”yə üz tutub. Gəncə haqqında sosial şəbəklərdən öyrənən qəhrəmanımızın seçimi Nizami Yurdu olub. Gedəcəyi ölkədə necə qarşılanacağı haqqında məlumatı olmayan Artur qısa zamanda bura uyğunlaşa bilib. Həmsöhbətimizlə müsahibə zamanı da bunun bir daha şahidi olduq. Bir qədər çətinlik çəksə də, o, Azərbaycan dilində ətrafındakı insanlarla mehriban ünsiyyət qura bilir. Onu da qeyd edək ki, Gəncədə olduğu müddətdə qəhrəmanımız buradakı gənclərə Çin dilini də tədris edir.

Artur Nie– çinli gənc: “Mən, Beynəlxalq Qeyri-Hökumət Təşkilatının yardımı ilə Azərbaycana gəldim. Burada QHT sahəsində olan inkişaf məni özünə cəlb etdi. Bura gəldikdə bir çox sürprizlərlə qarşılaşdım. Gəncədə olan insanlar tamamilə fərqlidirlər. Onlar kifayət qədər mühafizəkardırlar.  Mən gənclərə baxdıqda güclü inkişafın təzahürünü görürəm. Fərqlilik olsa da, sizin ölkədə insanlar başqaları ilə münasibətdə çox doğmadırlar”.

Müsahibimizə Azərbaycan yeməklərindən nəyi xoşladığını və hansı sözləri bildiyini sual verdikdə isə belə bir cavab aldıq: - “Azərbaycan yeməkləri ilə bizim yeməklər arasında fərq olsa da, kabab ortaqdır. Bildiyim sözlər isə salam, sağ ol, qadan alımdır”.

Azərbaycandan xoş təəssüratlarla ayrılacağını söyləyən müsahibimiz bizi Çinə dəvət etməyi də unutmadı.

Almaz Rafiq