• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 20.10.2014 09:03

Şair Rüstəm Rüstəmzadə 84 yaşında vəfat edib

Ötən gün Azərbaycan ədəbiyyatı daha bir yazarını itirib. Şair-publisist, folklorşünas, filologiya elmləri doktoru Rüstəm Rüstəmzadə 84 yaşında vəfat edib. Gənc yaşlarından elmə, təhsilə maraqlı olan Rüstəmzadənin yaradıcılığında şifahi xalq ədəbiyyatının toplanması, tədqiqi və təbliği başlıca yer tutub. Rüstəm Rüstəmzadə ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb. Onun dövri mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Müəllifin tərtib etdiyi "Xəyyam Mirzə", "Koroğlu nəvələri", "Əlimərdanlı Aşıq Nəcəf", "El qəhrəmanları xalq ədəbiyyatında", "Məhəbbət dastanları", "Aşıq Hüseyn Şəmkirli", "Azərbaycan tarixi qəhrəmanlıq dastanları" və "Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilməsinə dair metodik göstəriş" adlı kitablar və monoqrafik tədqiqat əsərləri kütləvi tirajla nəşr olunub. Mərhum Müəllimlər İnstitutunun Qazax filialında dekan, ədəbiyyat və onun tədrisi metodikası kafedrasında da çalışıb. Əmək veteranı, jurnalistlər birliyinin üzvü olan Rüstəm Rüstəmzadə ömrünün 62 ilini pedaqoji sahəyə həsr edib. 6 övlad atası olan Rüstəmzadə  doğulub boya başa çatdığı Ağstafa rayonun Poylu qəsəbəsində dəfn edilib.