
18 oktyabr - Dövlət Müstəqillik günü Gəncədə konsert proqramı ilə qeyd edilib. “Müstəqilliyimiz əbədidir” adı altında reallaşan tədbir Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisin təşəbbüsü ilə baş tutub.
Konsertin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra söz mərkəzin rəhbəri Aygün Həsənzadəy’ verilib. O, müstəqilliyimizlə bağlı qonaqlara öz fikirlərini bildirib. Gedişatda şagirdlərin ifasında “Yaşa Azərbaycan” mahnısı ifa olunub, eyni zamanda şeirlər, rəqslər də nümayiş etdirilib.
Aygün Həsənzadə- Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisin rəhbəri: “Bayram günününə düşən tədbiri təşkil etməkdə məqsədimiz, biz istəyirik ki, istededadlı gənclərimiz öz ifaları, çıxışları ilə bayram ab-havası yaşatsınlar”.
Qeyd edək ki, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan gənclər iştirak ediblər.
Mehman Abbaszadə, Gülşən Zabit Qızı
- Baxış: 1009