
Hava sərin keçdiyindən fermerlər yığım işləri üçün bir az gözləməyi uyğun görürlər. Adi halda 1 ha-dan 100 ton məhsul götürülürsə, rayonun Goranlı kənd sakinləri 6 ha sahədən 300-350 ton məhsul gözlədiklərini bildirirlər. Nəticə isə, fermerləri qane edir. İlk dəfədir ki, şəkər çuğunduru becərən fermerlər bunun növbəli əkin sisteminə də imkan yaratdığını deyirlər. Gəlir gətirən sahə olan şəkər çuğundurunun becərilməsi həm vaxt baxımından, həm qulluq, həm də xərc baxımından digər bitkilərə nisbətən çətin başa gəlir.
Səbuhi Əliyev- fermer: “Hardasa 6 aya əmələ gəlir, taxıl bitkisinə baxanda bu, çox çətindir. Qulluq tələb edən bitkidir. Digər bitkilərə baxanda texnika ilə yanaşı, insan əməyinə daha çox ehtiyac duyulur, xərcləri də çox olur”.
- Baxış: 769