• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 18.10.2014 14:37

18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə Qərb bölgəsinin rayonlarında müxtəlif məzmunlu tədbirlər keçirilib

Samuxda tarixi günlə bağlı dəyirmi masa keçirildiyi  bir vaxtda Göygöldə uşaq bağçası körpələr evinin açılşı olub. Şəmkirdə isə bayram münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

Dövlət Müstəqilliyi Günü münasibətilə Şəmkir rayonunda keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıtması ilə müstəqillik yolunda daha inamlı addımlar atıldığı diqqətə çatdırılıb. Hazırda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə tanınır. Tədbirdə ölkəmizin müstəqillik tarixinə aid film nümayiş olunub. Müstəqillik günündə Şəmkirdə ağacəkmə aksiyası da keçirilib. Sakinlər Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsinə 4 minə qədər yeni ağac, əsasən  şam, çinar və qoz ağacları əkiblər. Sakinlər ərazini alaq otlarından təmizləməklə yanaşı əkilən ağaclara texniki qulluq da göstəriblər.

Samux rayonunda 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibəti ilə keçirilən dəyirmi masanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüblər. Vurğulanıb ki, müstəilliyimizin itirilməsi təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev bütün məsuliyyəti öz üzərinə götürüb. Vətəndaş müharibəsinin qarşısını alıb. İndi müstəqil Azərbaycanın səsi dünyanın ən mötəbər beynəlxalq kürsülərindən daha da əzəmətlə səslənir.

Müstəqillik günündə Göygöl rayonunun Xəqani kəndində uşaq bağçası və körpələr evi əsaslı təmirdən sonra istifadəyə verilib. Maddi- texniki bazanın daha da möhkəmləndirilməsi üçün bu il Xəqani kəndi ilə yanaşı daha 2 yaşayış məntəqəsində mövcud uşaq bağçası-körpələr evi yenilənib. Hazırda Heydər Əliyev fondunun təşəbbüsü ilə Göygöl şəhərində 2 bağçanın inşası aparılır. Rəsmi hissədən sonra məktəbə qədər tərbiyə ocağı ilə tanışlıq olub. 55 yerlik bağçada 3 qrup fəaliyyət göstərir. Burada uşaqların normal qidalanması istirahəti və təlim tərbiyəsi üçün hər cür imkanlar yaradılıb.

Natiq Hüseyn