Ona həyat verən qadını dünyadan məhrum etdi. Bakının Suraxanı rayonunda 56 yaşlı oğul ahıl anasının canına qıydı.
Dəhşətli hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Yaşadığı mənzildə 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə əlamətləri olan meyiti tapılıb. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Məlum olub ki, hadisəni münaqişə zəminində mərhumun oğlu 56 yaşlı İqor Avşarov törədib və o, artıq saxlanılıb. Qonşuların sözlərinə görə, Avşarovlar 4 ildir Hövsan qəsəbəsinə köçüblər. Ailədə tez-tez münaqişə yaşanırmış və İqor Avşarov içki düşkünü olub. Elə anasını da sərxoş halda döyərək öldürüb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.
İlham Məmmədzadə
- Baxış: 559