• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 14.04.2016 14:14

Tovuzda yanğın faktı qeydə alınıb

Gündüz saatlarında Tovuzda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dönük Qırıqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik, ümumi sahəsi 16 kv.m olan talvar yanğından mühafizə olunub. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.