• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 11.10.2014 11:35

AVRO 2016-nın seçmə oyunları çərçivəsində Türkiyə yığması Çexiya ilə üz-üzə gəlib

AVRO 2016-nın seçmə oyunları çərçivəsində digər qruplarda da bir sıra oyunlar baş tutub. Bu mənada diqqətlər milli komandamızdan sonra ölkəmizdə ən çox azarkeş kütləsi olan Türkiyə seçməsinin oyununa yönəlib.  A qrupunda yer alan Türkiyə yığması doğma meydanda Çexiya ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvələrində hücum futbolu nümayiş etdirən "ay-ulduzlu"lar 8-ci dəqiqədə hesabı öz xeyrinə dəyişib. Komanda yoldaşından ideal ötürmə alan Umut Bulut başı ilə çərçivəni dəqiq nişan alıb. Lakin az keçmiş qonaqlar status kvonu yaxalayıb. Tomas Sivok ikinci mərtəbədə hamını qabaqlayaraq türkləri oyuna mərkəzdən başlamağa məcbur edib. Qələbə qolunu vurmaq üçün irəli atılan Fatih Terimin yetirmələri bunun əski olaraq qapısında qol görüb. İkinci hissədə adını tabloya yazdıran Borjek Doçkal çexlərə 2:1 hesablı vacib səfər qələbəsi qazandırıb. H qrupunda daha iki oyun reallaşıb. Bolqarıstan Xorvatiyanı, Malta Norveçi qəbul edib.

 

Bolqarıstan və Xorvatiya seçmələrinin görüşü 1 qolla əlamətdar olub. Qarşılaşmada yeganə dəqiq zərbə 36-cı dəqiqədə qonaq komandanın aktivinə yazılıb. Belə ki, Nikolay Bodurov çərçivələrin yerini səhv salmaqla topu öz qapısına yollayıb. 0-1.

 

Malta - Norveç qarşılaşması da qonaq komandanın qələbəsi ilə sona çatıb. Norveç zəif rəqibinə böyükhesabla qalib gəlib. Oyunda ilk olaraq 22-ci dəqiqədə Mats Müller yerli azarkeşlərin kefini pozub. 4 dəqiqə sonra Djoşua Kinq maltalıları ikinci dəfə cəzalandırıb. Fasildən sonra üstnülüyü əlində saxlayan skandinavlardan 49-cu dəqiqədə dubl müəllifinə çevrilən Kinq komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olub.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

Bolqarıstan - Xorvatiya - 0:1

Qol: Oliç, 36

 

Malta – Norveç - 0:3

Qollar: Daehli, 22, Kinq, 25; 49

 

A qrupu

Latviya - İslandiya - 0:3

Qollar: Siqurdsson, 66, Qunnarsson, 77, Qislason, 90

 

Hollandiya - Qazaxıstan - 3:1

Qollar: Huntelaar, 62, Afellay, 82, van Persi, 89-pen - Abdulin, 17

 

Türkiyə - Çexiya - 1:2

Qollar: Umut, 8 - Sivok, 16, Dokkal, 58

 

B qrupu

Belçika - Andorra - 6:0

Qollar: de Bruyne, 31-pen; 34, Çadli, 37, Origi, 59, Mertens, 65; 68

 

Kipr - İsrail - 1:2

Qollar: Makrides, 67 - Damari, 38, Ben Haim, 45

 

Uels – Bosniya və Herseqovina - 0:0