• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 11.03.2016 10:23

Azərbaycan Milli Teatrının 143 illiyi qeyd olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əsası 1873-cü ildə qoyulan Azərbaycan Milli Teatrının 143 illiyi qeyd olunub.

Milli Teatr Günü münasibətilə təşkil olunan gecədə çıxış edən teatrın direktoru Mübariz Həmidov və baş rejissoru Bəhram Osmanov tamaşaçıları, eyni zamanda onların timsalında bütün teatr ictimaiyyətini təbrik etdi.

Şövqi Hüseynov- Əməkdar artist, baş rolun ifaçısı: “Bu tamaşa bir az fərqli tərzdə - oyun, məsxərə  janrında qurulub. Bizim burada aparıcımız var. Yəni tamaşaçılar, klassik janrda olan tamaşa izləməlidir”. 

Gecədə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirildi. 1995-ci ildə rejissor Cənnət Səlimova tərəfindən quruluş verilən və bu günə qədər repertuarda olan tamaşanın musiqi tərtibatı Cavanşir Cəfərova, rəqslərinin quruluşu isə Zakir və Leyla Ağayevlərə məxsusdur. Tamaşada rolları Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev və Eşqin Quliyev ifa etdi.

Kamal Yaşar