• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 09.10.2014 16:58

Biləsuvar rayonunda 3 illik torpaq mübahisəsi güllələnmə ilə nəticələnib

Həmkəndlilərdən biri 2 qardaşı gülləldikdən sonra könüllü olaraq polisə təslim olub.

Güllələnmə hadisəsi Biləsuvar rayonunun Xırmandalı kəndinin ərazisində qeydə alınıb. Belə ki, həmin kəndin sakinləri Fərhad İsmayılovla Adış və Bayram Novruzov qardaşları arasında gedən  3 illik  torpaq  mübahisəsinə nəhayət ki,  güllə ilə son qoyulub.  Həmin kəndin sakini Fərhad İsmayılov evdən özü ilə götürdüyü  "Tula" markalı ov tüfəngi ilə həmkəndlisi Bayram və Novruzov qardaşlarına "Oba" adlanan ərazidə atəş açaraq onları güllələyib. Güllələrdən biri Bayramın qarın boşluğuna, Adışın isə qarın və bud nahiyəsinə  dəyib. Hər iki yaralı qardaşlar dərhal Biəsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Yaralılara ilk tibbi yardım göstərildikdən sonra qardaşlardan birinin vəziyyəti ağır olduğu üçün Salyan rayon mərkəzi xəstəxanasına aparılıb. Əməliyyat olunan yaralı qardaşlardan biri- Adış Biəsuvarda cərrahiyyə, Bayram isə Salyan xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Hadisəni törədən Fərhad İsmayılov isə könüllü olaraq  rayon pols şöbəsinə gedərək polisə təslim olub. O, həmçinin istifadə etdiyi  ov tüfəngini də polisə təhvil verib.

Faktla bağlı  Biləsuvar rayon  polis şöbəsində  cinayət işi açılıb, araşdırmalar aparılır.